Şriftin ölçüsü :

Saytın rəngi :

ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında atıcılıq (pnevmatik silahdan) üzrə rayon birinciliyi keçirilib

03 noyabr 2025 | 16:18

03 noyabr 2025-ci il tarixində Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə Gənclər və İdman Sektoru və Neftçala Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Neftçala Heydər Əliyev Mərkəzində  “Konstitusiya və Suverenlik İli” çərçivəsində "8 Noyabr-Zəfər Günü"nün 5-ci ildönümünə həsr edilmiş ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında atıcılıq (pnevmatik silahdan) üzrə Neftçala rayon birinciliyi keçirilib.

Rayon Birinciliyində Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Fərid Əhmədov, Neftçala rayon Gənclər və İdman sektorunun müdiri Araz Əhmədov, adı çəkilən qurumların digər əməkdaşları və şagirdlər iştirak edib.

Rayon Birinciliyinə başlamazdan öncə yarış iştirakçları tərəfindən ilk olaraq Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən natiqlər ölkəmizdə və rayonumuzda idmana və idmançılara göstərilən diqqət və qayğıdan bəhs edib, keçirilən tədbirin mahiyyəti haqqında məlumat verib və iştirakçılara uğurlar diləyib.

Bildiririk ki,rayonun 16 ümumtəhsil müəssisəsindən ümumilikdə 32 nəfər şagirdin iştirakı ilə keçən mübarizənin sonunda I, II, III yerlərə layiq görülən gənclər Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom və medallarla təltif edilib.

Qalibləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

 

 

Keçidlər