Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumtəhsil məktəbləri arasında mini-futbol idman növü üzrə rayon turnirinin final mərhələsi və mükafatlandırma mərasimi olub

20 oktyabr 2025 | 16:33

Neftçala rayonunda şəhər və qəsəbə ümumtəhsil məktəbləri arasında mini-futbol idman növü üzrə rayon turnirinin final mərhələsi və mükafatlandırma mərasimi olub.

17 oktyabr 2025-ci il tarixdə Neftçala Olimpiya İdman Kompleksində Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə Gənclər və İdman sektorunun və Şirvan-Salyan Regional Təhsil İdarəsi Neftçala rayon təhsil sektorunun birgə təşkilatçılıqları ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində "8 Noyabr - Zəfər Günü"nün 5-ci ildönümünə həsr olunmuş şəhər və qəsəbə ümumtəhsil məktəb komandaları arasında mini-futbol üzrə Neftçala rayon turnirinin final mərhələsi və mükafatlandırma mərasimi keçirilib.

Mükafatlandırma mərasimində Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, Neftçala Rayon Gənclər və İdman sektorunun müdiri Araz Əhmədov, Neftçala Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Aqşin Hüseynli və digər məsul şəxslər iştirak edib.

Turnirin final mərhələsində E.Həbibov adına Neftçala şəhər 4 saylı və S.Vurğun adına Bankə qəsəbə 2 saylı tam orta ümumtəhsil məktəblərinin komandaları qarşılaşıb. Gərgin keçən final oyununda E.Həbibov adına Neftçala şəhər 4 saylı tam orta ümumtəhsil məktəbinin komandası turnirin qalibi, 2-ci yerin sahibi isə  Bankə qəsəbə 2 saylı tam orta ümumtəhsil məktəbi olub. 3-cü yerə isə S.İmanov adına Neftçala şəhər 1 saylı tam orta ümumtəhsil məktəbinin komandası layiq görülüb. Qalib komandalar müvafiq olaraq diplom və medallarla təltif olunub.
Qalib komandaları təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq.

Keçidlər