Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Suveren Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı tədbir keçirilib
07 may 2025-ci il tarixində Neftçalada YAP Neftçala rayon təşkilatı və AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Suveren Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı tədbir keçirilib.
Neftçala Olimpiya İdman Kompleksində baş tutan tədbirdə Neftçala rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şaiq Məmmədov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Rühəngiz Cümşüdlü, İnstitutun “Təhsil” şöbəsinin müdiri, İnstitut üzrə YAP-nın təşkilat sədri, filologiya elmləri doktoru, dosent Lalə Bayramova, institutun aparıcı elmi işçisi, İnstitut üzrə YAP-sı təşkilat sədrinin müavini, Qadınlar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimova, Ümumi işlər üzrə direktor müavini, Vətən müharibəsi iştirakçısı Pərviz Ağayev, şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev, institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov, institutun aparıcı elmi işçisi, Həmkarlar Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı və rayonun bir qrup ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları ilk öncə Neftçala şəhərində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzüb, xatirəsini böyük ehtiramla yad ediblər.
Tədbir açıq elan edilməzdən öncə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə iştirak edən Neftçala rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şaiq Məmmədov Ulu Öndərin xilaskarlıq missiyasından söz açaraq bildirib ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü zaman xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Dahi Rəhbərin sonsuz Vətən sevgisi, sarsılmaz siyasi qətiyyəti, titanik fəaliyyəti və güclü idarəçilik bacarığı sayəsində Azərbaycan real parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyevdə tədbirdə çıxış edərək Ulu Öndərin şərəfli tarixi fəaliyyətindən söz açıb, Heydər Əliyev mütərəqqi siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycanın beynəlxalq birliyin nüfuzlu üzvlərindən birinə, regionun lider dövlətinə çevrildiyini bildirmiş, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun cəmi 44 günə əzəli torpaqlarımızı işğalçılardan azad etməsi, 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası hər bir azərbaycanlının əsl qürur və şərəf mənbəyi olduğunu diqqətə çatdırmışdır.
Sonra tədbirdə iştirak edən AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları-Rühəngiz Cümşüdlü “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, Lalə Bayramova “Heydər Əliyev və Azərbaycan elmi”, Xanımzər Kərimova “Heydər Əliyevin Azərbaycan və Misirin elm-təhsil əlaqələrində rolu”, Pərviz Ağayev “Zəfər günü – Ulu öndərin siyasi bəhrəsi”, Elnur Mustafayev “ Heydər Əliyev və milli-mənəvi dəyərlərin qorunması probleminə fəlsəfi baxış”,Teymur Sadıqov “Multikultural Azərbaycan dövlətinin şanlı qələbəyə aparan Heydər Əliyev dühası”, Sübhan Talıblı “Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikasının Yaxın və Orta Şərq ölkələri ilə çoxtərəfli münasibətləri” mövzusunda məruzələrlə tədbir iştirakçıları qarşısında çıxış edib Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.
Çıxışlardan sonra tədbir Şirvan-Salyan regional Mədəniyyət İdarəsinin Neftçala rayon nümayəndəliyinin əməkdaşlarının ifa etdikləri müsiqi nömrələri dinlənilib və rayonun ictimai-siyasi həyatından fəallığı ilə seçilən bir qrup YAP üzvünə YAP Neftçala rayon təşkilatının fəxri fərmanları təqdim olunmuşdur.