Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideologiyası və dövlətimizin din siyasəti” mövzusunda tədbir keçirilib

07 may 2025 | 16:25

07 May 2025-ci il tarixində  Neftçala Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan Regional bölməsinin birgə təşkilatçılığı ilə Neftçala rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik” ili çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideologiyası və dövlətimizin din siyasəti” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan Regional bölməsinin müdiri Sənan Xəlilov, Qafqaz Müsəlmanlar İdarəsinin Salyan bölgəsi üzrə qazisi Hüsnü Həsənov, Neftçala şəhər “Sahib-Əzzaman” məscidinin imamı Qorxmaz Paşayev, qadın dini ayinlərinin icraçısı Elmira Abbasova, şəhid ailələri, din xadimləri və dini icma sədrləri iştirak etmişlər.

İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və iştirakçılar tərəfindən Ulu Öndərin milli-mənəvi dəyərlərimizin qorunması və dövlət-din siyasəti barədə hazırlanan videoçarx izlənilib.

Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini   Vasif  Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan Regional bölməsinin müdiri Sənan Xəlilov, Qafqaz Müsəlmanlar İdarəsinin Salyan bölgəsi üzrə qazısı Hüsnü Həsənov, Neftçala şəhər “Sahib-Əzzaman” məscidinin qadın dini ayinlərinin icraçısı Elmira Abbasova çıxış edərək iştirakçılara tədbirin məqsədi və əhəmiyyəti haqqında ətraflı məlumat vermiş, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycançılıq ideologiyasının formalaşmasından, milli ideologiyanın dövlətçiliyimiz və xalqımızın inkişafında mühüm rolundan söz açmışlar. Ümummilli Lider Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində həyata keçirdiyi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkəmizi dünyada dinlərarası dialoqun və tolerant dəyərlərin  mövcud olduğu məkan kimi tanıdılması, 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbə sayəsində Dövlət Suverenliyimizin bərpası, vətəndaşlarımızın Konstitusiya hüquqlarının işğaldan azad olunan ərazilərdə də hüquqi qüvvəyə minməsi, Qarabağ torpaqlarında geniş quruculuq işlərinin aparılması tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Tədbirin sonunda din xadimlərini maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər