Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar şahmat turniri keçirilib

10 may 2022 | 10:21
Neftçala rayon İcra Hakimiyyətinin dəstəyi, Neftçala rayon Təhsil Şöbəsinin və Neftçala rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyvin anadan olmasının 99-cu ildönümünə həsr olunan şahmat turniri keçirilib.
Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti aparatının aparıcı məsləhətçisi Esmira Məmmədzadə, Neftçala rayon Təhsil Şöbəsinin, Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının, Neftçala rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məsul şəxsləri, müəllimləri və şagirdlər iştirak ediblər.
Turnirdə Ulu Öndər Heydər Əliyev həyat yolundan, siyasi karyerasından, hakimiyyət illəri haqqında, gənc nəslin və məktəblilərin şahmat növünə maraqlarının artırılması ilə əlaqədar məlumatlar verilib.
Şahmat turniri 5-10 yaş arasında məktəblilərdən ibarət 73 şahmatçı mübarizə aparıblar, qaliblər diplom və xatirə hədiyyələri ilə təltif olunublar.
 
Keçidlər