Şriftin ölçüsü :

Saytın rəngi :

"Düşünülmüş strategiya, müdrik diplomatik və uğurlu iqtisadi siyasət tarixi Zəfərimizi şərtləndirdi" mövzusunda dəyirmi masa keçirildi

04 noyabr 2025 | 17:58

Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan–Salyan regional filialının Neftçala rayon qəbul şöbəsinin, Şirvan–Salyan Regional  Məşğulluq Filialının Neftçala rayon Xidmət Şöbəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan Regional Filialının birgə təşkilatçılığı, şəhid ailələrinin, Vətən müharibəsi iştirakçılarının, sağlamlıq imkanları məhdud əlil hərbi qulluqçuların, idarə, təşkilat rəhbərlərinin, əməkdaşlarının iştirakı ilə  "Konstitusiya və suverenlik ili" çərçivəsində 8 Noyabr-"Zəfər günü" nün 5-ci ildönümü münasibətilə “Düşünülmüş strategiya, müdrik diplomatik və uğurlu iqtisadi siyasət tarixi Zəfərimizi şərtləndirdi" mövzusunda dəyirmi masa keçirildi.

Tədbir açıq elan edilməzdən öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin,  Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev, tədbiri giriş sözü ilə açaraq mövzu ətrafında məlumat verərək

       Görüşdə 8 Noyabr-"Zəfər günü" nün 5-ci ildönümü münasibətilə Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan–Salyan regional filialının Neftçala rayon qəbul şöbəsinin müdiri Elşən Hətəmov çıxış edərək rayon üzrə pensiya, sosial müavinət, təqaüd, dövlət icbari şəxsi sığorta haqqında, şəhid ailəsi üzvlərinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təyin olunmuş təqaüdlərinin artım tempindən və bu sahədə görülmüş işlərdən geniş şəkildə məlumat verdi.

 

Keçidlər