“Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri adlı” dəyirmi masa keçirilib
“Konstitusiya və Suverenlik ili” çərçivəsində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən Neftçala şəhər M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada “Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri adlı” dəyirmi masa təşkil edilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Komissiyaya daxil olan qurumların nümayəndələri, müəllimlər, şagirdlər və valideynlər iştirak edib.
Görüşdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışçılar zorakılıq və onun gündən-günə artan formaları barədə məlumatlar vermiş, mənfi təsirlərin dünyanın ən təhlükəli problemləri sırasında olduğuna diqqət çəkmişlər. Məlum olduğu kimi bu gün Azərbaycan Respublikasında dövlət uşaq siyasəti əsas prioritet istiqamətlərdən biri hesab edilir. Bu istiqamətdə qəbul edilmiş qanunlar, normativ hüquqi aktlar uşaqların bütün istiqamətlərdə olduğu kimi zorakılıq kimi qanunazid hallardan qorunmalarını təmin edir. Ölkəmizdə sağlam ailə, tərbiyəli uşaq böyütmə kimi möhkəm ənənələrin olduğunu nəzərə alaraq bu sahədə, həm ailənin, həm məktəbin, həm də cəmiyyətin rolu danılmazdır. Komissiya hesab edir ki, uşaqların fiziki və psixi inkişafına nail olmaq müasir dövrün ən qlobal çağırışlarındandır. Təsadüfü deyil ki, uşaqlar cəmiyyətin və ailənin güzgüsü hesab edilir. Dəyirmi masa iştirakçılarına mövzu ilə bağlı broşür və bukletlər təqdim edilmişdir. Tədbir maraqlı fikir mübadiləsi ilə davam etmişdir.







