Təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.
04 oktyabr 2022 | 10:10
Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Elton Həbibov adına Neftçala şəhər 4 saylı məktəbin fizika müəllimi Əsədov Elmir Ataş oğlu “Əməkdar müəllim” fəxri adı və Ağalarova Günay Əlimərdan qızı isə “Tərəqqi” medalı ilə təltif olunub.
Neftçala Rayon İcra Hakimiyyəti adından təltif olunan müəllimlərimizi səmimi qəlbdən təbrik edirik və təhsil işlərində uğurlar arzu edirik.
Ətraflı məlumat üçün link: https://president.az/az/articles/view/57463
Ətraflı məlumat üçün link: https://president.az/az/articles/view/57464