Şriftin ölçüsü :

Saytın rəngi :

"Təhsil avtobusu–gələcəyə doğru” layihəsinin növbəti görüşü Neftçala rayonunda keçirilib

18 avqust 2023 | 14:27

Neftçala Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan üçün öyrət” proqramı çərçivəsində həyata keçirilən “Təhsil avtobusu–gələcəyə doğru” layihəsi çərçivəsində növbəti görüşü Neftçala rayonunda olub.
Yay Məktəbinin Neftçala rayonunda keçirilən görüşdə 34 şagird iştirak edib, kodlaşdırma və robototexnika, yaradıcı düşünmə bacarıqları, ilkin sahibkarlıq anlayışları, ünsiyyət və təqdimat bacarıqları, STEAM metodologiyası üzrə təlimlər, intellektual yarışlar və oyunlar baş tutub.
Layihənin məqsədi şagirdlərdə gələcək üçün yeni bacarıq və vərdişlər qazandırmaq, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə marağın artmasına şərait yaratmaq və “Heydər Əliyev irsi”ni təbliğ etməkdir.
Layihə Elm və Təhsil Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi, “Asmart Creative Hub” yaradıcılıq mərkəzi, “Start IT” şirkəti, “Women in Tech Azerbaijan” “Kids Inc.” proqramı, Milli Debat Proqramı, “Azerbaijan Public Speaking Competition” proqramının tərəfdaşlığı ilə həyata keçirilir.
Qeyd edək ki, 6-cı dəfədir həyata keçirilən həmin layihənin məqsədi hər il fərqli konsepsiya üzrə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın dəstəklənməsidir. 2016-cı ildən etibarən hər il müxtəlif konsepsiya ilə yola çıxan “Təhsil avtobusu” layihəsinə respublikanın 29 rayonu və böyük şəhərlərini əhatə etməklə 22 ali və orta təhsil müəssisəsi, 62 şəhər məktəbi, 98 kənd-qəsəbə məktəbini təmsil edən 900-dən çox şagird və tələbə cəlb edilib. Təlimçi və ekspertlər tərəfindən 350 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları təşkil olunub.

Keçidlər