Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfər yolu: həmrəylik və vətənpərvərlik”, "Ədalət və sülhün qorunmasında dinin önəmi" mövzularında seminarlar təşkil edilib

05 noyabr 2025 | 17:27

05 noyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə Neftçala Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin Salyan bölgə qazılığının  birgə təşkilatçılığı ilə “Zəfər yolu: həmrəylik və vətənpərvərlik” və "Ədalət və sülhün qorunmasında dinin önəmi" mövzularında seminarlar keçirilib.

Neftçala Heydər Əliyev Mərkəzində “Zəfər yolu: həmrəylik və vətənpərvərlik” mövzusunda təşkil olunan tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan  bölgəsi üzrə şöbənin müdiri Sənan Xəlilov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hacı Hüsnü Həsənov,Vətən müharibəsi iştirakçıları, yeniyetmə və gənclər, gənc din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər - Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan  bölgəsi üzrə şöbənin müdiri Sənan Xəlilov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hüsnü Həsənov, II qrup Vətən müharibəsi əlili Yusif Abdullayev, Neftçala şəhəri "Sahib Əzzaman" məscidinin imamı, din xadimi Qorxmaz Paşayev, gənc ilahiyyatçı  Elmira Abbasova 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, dövlətimizin qüdrətindən, xalqımızın birliyindən və şəhidlərimizin əziz xatirəsinə daim göstərilən ehtiramdan söz açıblar. Qeyd olunub ki, bu Qələbə xalqımızın milli həmrəyliyinin, vətən sevgisinin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qəhrəmanlığının parlaq təcəssümüdür.

Seminarda gənclərə vətənə sədaqətli, dövlətinə bağlı, xalqının milli-mənəvi dəyərlərinə hörmətlə yanaşan və qoruyan vətənpərvər bir gənc kimi formalaşmağın vacibliyi aşılanıb. Gənclərə bildirilib ki, Vətənə sevgi, milli birlik və həmrəylik hissləri Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır. Vətənpərvərliyin yalnız sözlə deyil, əməldə də göstərilməsinin önəmi vurğulanıb.

Daha sonra "Ədalət və sülhün qorunmasında dinin önəmi" mövzusunda seminar Neftçala şəhəri "Sahib Əzzaman" məscidində dini icma sədrləri ilə davam etdirilib. Tədbirin təşkilatçıları tərəfindən mövzu ətrafında iştirakçılara ətraflı məlumat verilib, Şanlı Zəfər tariximizin önəmli əhəmiyyətindən bəhs edilib, işğaldan azad edilən torpaqlarda aparılan geniş bərpa-quruculuq işlərindən, o cümlədən tarixi-mədəni və dini abidələrimizin bərpasından söz açılıb, bu tarixi hadisələrin gələcək nəsillərə çatdırılmasının vacibliyi diqqətə çatdırılıb.  

 

Keçidlər