Şriftin ölçüsü :

Saytın rəngi :

“Süd vəzi xərçəngi ilə mübarizə ayı” çərçivəsində maarifləndirici görüş keçirilib

31 oktyabr 2023 | 09:48

Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Neftçala RMX PHŞ-nin təşkilatçılığı ilə “Süd vəzi xərçəngi ilə mübarizə ayı” çərçivəsində maarifləndirici görüş keçirilib.
Görüşdə Neftçala Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Esmira Məmmədzadə, Neftçala RMX PHŞ-də Keyfiyyətə Nəzarət Komitəsinin rəhbəri Zəminə Abbasova, Neftçala RMX PHŞ-də həkim-onkoloq Könül Qafarova, rayonda ərazisindəki idarə, müəssisələrdə çalışan xanımlar və rayon sakinləri iştirak edib.
Görüş zamanı çıxışçılar tərfindən süd vəzi xərçənginin xronik, heterogen xəstəlik olaraq qəbul edilməsi və qadınlarda (əsasən 50 yaşdan yuxarı) ən çox rast gəlinən xərçəng növü olduğu, qeyd olunan xəstəliyin risk faktorları, xəstəliyə tutulmamaq üçün görüləcək tədbirlər, süd vəzi xərçəngində müayinə metodları, mammoqrafiya metodu, öz-özünə müayinənin aparılma qaydası barədə iştirakçılara geniş məlumat verilib.
Görüş qarşılıqlı müzakirələrlə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər