Şriftin ölçüsü :

Saytın rəngi :

Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması və çatışmazlıqların aşkar edilməsi” mövzusunda müşavirə keçirilib

20 iyun 2023 | 15:51

Neftçala Rayon İcra Hakimiyyətinin və Fövqəlada Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 2023-cü il yay çimərlik mövsümündə su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması və çatışmazlıqların aşkar edilməsi” mövzusunda müşavirə keçirilib.

Müşavirədə Neftçala Rayon İcra Hakimiyyətinin, Neftçala Rayon Polis şöbəsinin, FHN Muğan Regional İdarəsinin, Kiçikhəcimli gəmilərə nəzarət idarəsinin məsul şəxsləri, Neftçala RİH başçısının İnzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyələr və digər aidiyyəti təşkilatlar iştirak edib.

Müşavirənin keçirilməsində məqsəd su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, çimərliklərdə təhlükəsizlik qaydalarına nəzarəti gücləndirmək və digər məsələlər haqqında geniş müzakirələr aparılıb.

Müşavirə iştirakçılarına “Çimərliklərdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti”, “Su hövzələrində suyun təmizlik vəziyyəti”, “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunmasında FHN-in Muğan Regional Mərkəzinin aidiyyəti qurumlarla birgə fəaliyyəti”, “Yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər” mövzusunda  ətraflı məlumatlar verilib.

Müşavirə qarşılıqlı müzakirələr ilə davam edib.

Keçidlər