Şriftin ölçüsü :

Saytın rəngi :

Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması və çatışmazlıqların aşkar edilməsi mövzusunda müşavirə keçirilib

29 may 2025 | 17:59

FHN-nin Muğan Regional Mərkəzi su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi və çimərliklərdə təhlükəsizlik qaydalarına nəzarəti gücləndirmək məqsədilə hər il dislokasiya ərazisinə daxil olan rayonların ərazisində Kür, Araz çayları və Xəzər dənizinin sahil zolağında monitorinqlər keçirir və monitorinqlərdə insanların həyatı və istirahəti üçün təhlükə yaradan amillər öyrənilərək Rayon İcra Hakimiyyətlərində təşkil olunan müşavirələrdə yerli struktur bölmələrin və rayon ictimaiyyətinin diqqətinə çatdırılır.

Bununla əlaqədar olaraq 27.05.2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin akt zalında “2025-ci il yay çimərlik mövsümündə su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması və çatışmazlıqların aşkar edilməsi” mövzusunda təşkil olunmuş rayon müşavirəsi keçirilmişdir. Tədbirdə FHN-nin Muğan Regional Mərkəzin rəis müavini Orxan Bağırov, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Çimərliklərə Nəzarət  Şöbəsinin rəisi Sübhan Nağıyev, Rayon Polis Şöbəsinin rəis müavini Arif Salmanov, eyni zamanda RİH-nin məsul işçiləri,  inzibatiərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və digər aidiyyəti təşkilatların əməkdaşları iştirak etmişdir.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şaiq Məmmədov müşavirəni açıq elan edərək gələn qonaqları təqdim etdi. “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunmasında FHN-nin Muğan Regional Mərkəzinin aidiyyəti qurumlarla birgə fəaliyyəti” mövsuzunda Regional Mərkəzin rəis müavini Orxan Bağırov, “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövsuzunda Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Çimərliklərə Nəzarət Şöbəsinin rəisi Sübhan Nağıyev, “Yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər” mövzusunda MKTİB-nin rəisi Mehti Miriyev, “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi” mövzusunda Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Bayram Bayramov, “Su hövzələrində suyun təmizlik vəziyyəti” mövzusunda Rayon Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Xalid Məmmədov, “Çimərlikdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti” mövzusunda Rayon Polis Şöbəsinin rəis müavini Arif Salmanov ətraflı məlumat verdilər.

Çıxışlar müşavirə iştirakçıları tərəfindən bir daha müzakirə olunaraq müşavirəyə yekun vuruldu.

Keçidlər