Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi mövzusunda növbəti seminar-müşavirə keçirildi
“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın 9.4.2.1.-ci bəndinin, su və su təsərrüfatı obyektlərinə qanunsuz müdaxiləyə və sudan qanunsuz istifadəyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi mövzusunda Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin, Bələdiyyə sədrlərinin, Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin, Neftçala Su Meliorasiya Sistemləri İstismarı idarəsinin, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 4 saylı Şirvan-Salyan Regional bölməsinin rəhbər və məsul şəxslərinin iştirakı ilə Neftçala Rayon İcra Hakimiyyətində geniş tərkibdə növbəti seminar-müşavirə keçirildi.
“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın 9.4.2.1.-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Neftçala rayonu İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidovun 03.04.2023-cü il tarixli 46 nömrəli Sərəncamı ilə yaradılmış Neftçala rayonu ərazisində mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə Rayon İcra Hakimiyyəti başçısı yanında operativ qərargahın növbəti seminar-müşavirəsində, rayon ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, suya olan tələbatın ödənilməsi, rayonun yaşayış məntəqələri üzrə müəyyən edilmiş suvarma su rejiminə riayət olunması, suvarma suyunun əkin sahələrinə ədalətli bölünməsi, növbəlik prinsipinə əsasən verilməsi, su israfçılığının qarşısının alınması, su təsərrüfatı obyektlərinə qanunsuz müdaxiləyə və sudan qanunsuz istifadəyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində bır sıra məsələlər müzakirə edildi.
Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Burcalı Ağayev tədbiri giriş sözü ilə açaraq, Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısı ulu öndər Heydər Əliyevin “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərinə xitab edərək, su ehtiyatlarından səmərəli istifadənin kənd təsərrüfatında rolu barədə ətraflı məlumat verdi.
Neftçala Su Meliorasiya Sistemləri İstismarı idarəsinin rəisi Təbriz Eyyubov çıxış edərək, 2026-cı ilin məhsulu üçün əkilməsi planlaşdırılan 38158 hektar əkin sahəsinin suvarılması üçün nəzərdə tutulan illik 401,7 min m3 suyun həcminə uyğun olaraq əkin işlərinin nəzərdə tutulmasını o cümlədən, taxıl, pambıq, yem bitkilərinin suvarılmasında fermerlərlə Sudan İstifadəedənlər Birlikləri arasında sudan istifadə ilə bağlı su müqaviləsinin bağlaması, pambıq sahələrinə arat, taxıl sahələrinə vegetasiya suyunun verilməsi ilə bağlı bır sıra məsələlərə toxundu, bır neçə Sudan İstifadəedənlər Birliklərinin rasionallaşdırılmasının suyun idarə olunmasına müsbət töhfə verəcəyini yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 4 saylı Şirvan-Salyan Regional bölməsinin rəis müavini Əliqismət Babazadə çıxışında əkin sahələrinə verilən suya nəzarətin zəif olması səbəbindən drenaj kanallara axıdılması və nəticədə suyun israf olunmasını, sudan qanunsuz istifadəyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsini diqqətə çatdıraraq profilaktiki tədbirlərin görülməsi barədə ətraflı məlumat verdi.
“Kürqarabucaq” Sudan İstifadəedənlər Birliyinin sədri Zabit Dadaşov, təcrübəli meliorator olaraq bır sıra Sudan İstifadəedənlər Birliklərinin birləşdirilərək səmərəli fəaliyyətinin təmin olunmasının əhəmiyyətindən, səmərəliyindən geniş söhbət açaraq təklif və fikirlərini diqqətə çatdırdı.
Seminar-müşavirədə qeyd olunan su ehtiyatlarından səmərəli istifadə ilə bağlı yığıncaq iştirakçıların təklif və fikirləri dinlənildi, qarşılıqlı fikir mübadiləsi formatında müzakirələr aparıldı.







