Şriftin ölçüsü :

Saytın rəngi :

“Sönməz Ruh və Əbədi Zəfər” adlı bayram tədbiri keçirilib

07 noyabr 2025 | 11:08

05 noyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Neftçala Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə  “Sönməz Ruh və Əbədi Zəfər” adlı bayram tədbiri keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin  məsul şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, mədəniyyət işçiləri, fəal oxucular, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər -  Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səidə Rzayeva, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayonu üzrə nümayəndəsi Gülər Mirzəyeva, Mərkəzi Kitabxananın direktoru Gülnarə Qasımova, “Neftçala-Gündoğar” rayon qəzetinin redaktoru Bədirə Niftalıyeva, Vətən müharibəsi şəhidi Ayaz İmanzadənin bacısı Rəna İmanzadə, I Qarabağ müharibəsi şəhidi Vidadi Həmidovun qardaşı Vaqif Həmidov, Vətən müharibəsi veteranı Əbülfəz Quliyev, Yusif Cəfərov Azərbaycan xalqının əldə etdiyi bu Qələbənin tarixi əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, 8 Noyabr Zəfər Günü xalqımızın birliyinin, Ordumuzun rəşadətinin və Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin təntənəsidir. Natiqlər vurğulayıblar ki, şəhidlərimizin canı və qanı bahasına qazanılan bu Qələbə Azərbaycan tarixində əbədi iz qoyub, onların göstərdiyi igidlik gənclər üçün örnəkdir.

Çıxışlarda həmçinin şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından, cəmiyyətimizdə milli həmrəylik və vətənpərvərlik ruhunun daha da güclənməsindən bəhs olunub.

Daha sonra məktəb şagirdləri Vətənə və qəhrəmanlığa həsr olunmuş musiqi və şeir kompozisiyaları ilə çıxış ediblər.

Tədbirin sonunda Vətən müharibəsi qəhrəmanlarının döyüş yolunu, xalqımızın fədakarlığını və tarixi Qələbəmizi əks etdirən videoçarx nümayiş etdirilib.

 

Keçidlər