Neftçala rayonunda “Son zəng” tədbirləri keçirilib
Neftçala rayonunda fəaliyyət göstərən tam orta məktəblərdə “Son zəng” tədbirləri keçirilib.
“Son zəng” tədbirində Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Şirvan- Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, məktəblilər və onların valideynləri iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının dövlət himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
“Son zəng” tədbirində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun məzunlara və pedaqoji kollektivə “Son zəng” münasibəti ilə təbriki diqqətə çatdırılıb və ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük inkişafın əldə olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan, Neftçala rayonunda həmçinin respublikanın müxtəlif regionlarında yüzlərlə orta məktəblərin tikilməsi, mövcud binaların əsaslı şəkildə təmir olunması, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatların aparılması haqqında məlumat verilib.
Tədbir məzunların, məktəblilərin hazırladıqları bədii kompozisiyaları ilə davam edib və təhsil sahəsində fərqlənən bir qrup məktəblilər fəxri fərmanlarla təltif olunub.