Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfər günü” münasibətilə Neftçala rayonunda silsilə tədbirlərin keçirilməsi davam edir

06 noyabr 2024 | 09:15

“Zəfər günü” münasibətilə Neftçala rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində 05 noyabr 2024-cü il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi,  Şirvan-Salyan Regional Təhsil İdarəsi Neftçala rayon təhsil sektorunun təşkilatçılığı ilə Bankə qəsəbə 2 saylı tam orta məktəbdə “8 Noyabr-Zəfər Günü”nə həsr olunan rəsmi və bədii hissədən ibarət tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Esmira Məmmədzadə, Şirvan-Salyan Regional Təhsil İdarəsi Neftçala rayon təhsil sektorunun müdiri Nicat Cəfərov, şəhid ailələri, rayonun təhsil müəssisələrində çalışan qazilər və müharibə iştirakçıları, ümumtəhsil müəssisələrinin rəhbərləri, məktəblilər iştirak edib.
“8 Noyabr-Zəfər Günü” münasibətilə məktəblilər tərəfindən hazırlanılmış əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
İlk öncə xalqımızın ümummilli lideri,Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışçılar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi Zəfərdən söhbət açıb, bu yolda həyata keçirilən işlərdən ətraflı bəhs ediblər. Çıxış edənlər tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr Qələbəmizin simvolu hesab edilən, mədəniyyət incimiz Şuşa şəhərinin işğaldan azad olunmasının Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi barədə iştirakçılara geniş məlumat verilib.
Tədbirin bədii hissəsi məktəblilər tərəfindən hazırlanmış maraqlı kompozisiyalarla davam edib və sonda xatirə fotosu çəkilib.

Keçidlər