Şriftin ölçüsü :

Saytın rəngi :

“Şən və hazırcavablar klubu” nominasiyasının II zona üzrə seçim turu Neftçala rayonunun Aşağı Qaramanlı kəndində keçirilib

14 dekabr 2023 | 19:19
Neftçala rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində Neftçala rayonunda təşkil olunacaq “İstedadlar axtarışında” yaradıcılıq festivalında müxtəlif nominasiyalar üzrə seçim turları davam edir.
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Şən və hazırcavablar klubu” nominasiyasının II zona üzrə seçim turu Neftçala rayonunun Aşağı Qaramanlı kəndində keçirilib.
Seçim turunda Neftçala rayonu II Qaralı kənd tam orta məktəbinin “Azərin”, Neftçala rayonu S.Kərimov adına Qədimkənd kənd tam orta məktəbinin “Tufan”, Neftçala rayonu A.Cəfərov adına Astanlı kənd tam orta məktəbinin “Mən Azərbaycanlıyam”, Neftçala rayonu Cəngan kənd tam orta məktəbinin “Cəngan, Xıllı qəsəbə F.Quliyev adına 2 saylı tam orta məktəbin “Şən uşaqlar” komandaları iştirak edib.
Müsabiqədə komandalar komanda təqdimatı və tamaşa təqdim ediblər. Münsiflər heyəti tərəfindən qiymətləndirmə 10 ballıq xal üzrə həyata keçirilib. “Şən və hazırcavablar klubu” nominasiyasının II zona üzrə seçim turunda ən yüksək nəticə göstərən komanda Qədimkənd kənd S.Kərimov adına tam orta məktəbin şagirdlərindən ibarət olan “Tufan” komandası olub.
Məlumat üçün qeyd edirik ki, müsabiqə komandaların yerləşmə ərazisinə uyğun olaraq 3 zona üzrə keçiriləcəkdir və hər zonada yalnız 1-ci yerin qalibi olan komanda finala vəsiqə qazanacaqdır.
Keçidlər