Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid hərbi qulluqçu Kamran Hüseynovun yas mərasimi qeyd olunub

07 mart 2023 | 15:20
Müdafiə Nazirliyinin məlumatına əsasən mart ayının 4-də xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək şəhid olan hərbi qulluqçu baş leytenant Hüseynov Kamran Namiz oğlunun yas mərasimi qeyd olunub.
Şəhidin yas mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- muhafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin döyüş yoldaşları, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Məlumat üçün bildiririk ki, şəhid baş leytenant Hüseynov Kamran Namiz oğlu 12 iyul 1995-ci ildə Neftçala şəhərində anadan olub və xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək qəhrəmancasına şəhid olub. Şəhid Hüseynov Kamran Namiz oğlu 4 mart 2023-cü il tarixində Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi, rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçumuzun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk və səbir diləyirik.
Keçidlər