Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid hərbi qulluqçu Kamran Hüseynovun il mərasimi qeyd olunub

04 mart 2024 | 16:54

2023-cü ilin mart ayının 4-də xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək şəhid olan hərbi qulluqçu baş leytenant Hüseynov Kamran Namiz oğlunun il mərasimi qeyd olunub.

Şəhidin il mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq- muhafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Məlumat üçün bildiririk ki, şəhid baş leytenant Hüseynov Kamran Namiz oğlu 12 iyul 1995-ci ildə Neftçala şəhərində anadan olub və xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək qəhrəmancasına şəhid olub. Şəhid Hüseynov Kamran Namiz oğlu 4 mart 2023-cü il tarixində Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi, rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçumuzun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirik.

Keçidlər