Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Abdullayev Elvin Elçin oğlunun nəşi torpağa tapşırıldı

27 sentyabr 2022 | 11:55
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Törədilən təxribat zamanı Neftçala rayonu Bankə qəsəbəsində anadan olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Abdullayev Elvin Elçin oğlu Kəlbəcər rayonu ərazisində qəhrəmancasına şəhid olub. Şəhid Abdullayev Elvin Elçin oğlu 27 sentyabr 2022-ci il tarixində Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidin dəfn mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak edib.
Neftçala RİH kollektivi, rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Keçidlər