“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Neftçala şəhəri ərazisində təmizlik aksiyası keçirildi
Şəhərsalma və Memarlıq ili çərçivəsində Neftçala şəhərinin Bayraq meydanı, Heydər Əliyev prospekti, Samid İmanov, 20 Yanvar küçələrində rayon ərazisində fəaliyyət göstərən idarə, təşkilat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ağacların əhənglənməsi, yol kənarı bardurların təmizlənməsi, kənarlarının süpürülməsi, ərazinin bərk tullantı, zibilliklər, yabanı ot və tikandan təmizlənməsi ilə bağlı təmizlik aksiyası keçirildi. Park və Heydər Əliyev prospektinin işıqlanması ilə bağlı qəzalı elektrik xətləri, işıq plafonları, elektrik tənzimləyiciləri yenisi ilə əvəz edilmiş, küçə işıqlanması ilə bağlı təmir işləri aparılacaq ərazilərdə monitorinq tədbirləri keçirilmişdir. Şəhər ərazisində təmizlik aksiyasının keçirilməsi digər küçə və çoxmənzilli yaşayış binalarının qarşısında da davam etdiriləcəkdir. Küçə işıqlanması ilə bağlı təmirə ehtiyac olan ərazilər müəyyən edilmiş, həmin küçələrdə növbəti mərhələdə bu istiqamətdə işlər aparılacaqdır.
Şəhərsalma və Memarlıq ili çərçivəsində rayonun qəsəbə və kəndlərində ərazilərin təmizlənməsi, parklarda abadlıq işlərinin aparılması, yol kənarı ərazilərin abadlaşdırılması diqqət mərkəzində saxlanır və təmizlik aksiyalarının il ərzində mütəmadi keçirilməsi ilə bağlı şəhər və digər yaşayış məntəqələrinin bölgüsü təsdiq edilmişdir. Növbəti təmizlik aksiyasının şəhərin Məhəmməd Əsədov, Yalçın Hacıyev, Səməd Vurğun, Elnur Bağırov, Ağaşirin Cəfərov və paralel küçələrdə keçirilməsi planlaşdırılır.
Təmizlik aksiyası Neftçala şəhərinin küçələrini və eyni zamanda park və meydanları əhatə etməklə yanaşı, könüllü gəclərdən ibarət təşkil edilmiş monitorinq qrupunun müəyyən etdiyi ərazilərdə də həyata keçiriləcəkdir. Şəhərimizin təmizliyini qorumaq istiqamətində profilaktiki təmizlik işləri ilə yanaşı təmizlik aksiyalarının keçirilməsi şəhər ərazisinin təmiz, abad saxlanılmasına öz töhfəsini verir.







