“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Neftçala şəhəri ərazisində növbəti təmizlik aksiyası keçirildi
Şəhərsalma və Memarlıq ili çərçivəsində Neftçala şəhərinin Məhəmməd Əsədov , Ağaşirin Cəfərov, Nizami, 20 Yanvar küçələrində , Hüseyn Cavid parkında rayon ərazisində fəaliyyət göstərən idarə, təşkilat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ağacların əhənglənməsi, yol kənarı bardurların təmizlənməsi, kənarlarının süpürülməsi, ərazinin bərk tullantı, zibilliklər, yabanı ot və tikandan təmizlənməsi ilə bağlı təmizlik aksiyası keçirildi. Şəhər ərazisində təmizlik aksiyasının keçirilməsi digər küçə və çoxmənzilli yaşayış binalarının qarşısında da davam etdiriləcəkdir.
Şəhərsalma və Memarlıq ili çərçivəsində rayonun qəsəbə və kəndlərində ərazilərin təmizlənməsi, parklarda abadlıq işlərinin aparılması, yol kənarı ərazilərin abadlaşdırılması diqqət mərkəzində saxlanır və təmizli aksiyalarının il ərzində mütəmadi keçirilməsi ilə bağlı şəhər və digər yaşayış məntəqələrinin bölgüsü təsdiq edilmişdir. Növbəti təmizlik aksiyasının digər küçə və parkların ərazisində keçirilməsi planlaşdırılır.
Təmizlik aksiyası Neftçala şəhərinin küçələrini və eyni zamanda park və meydanları əhatə etməklə yanaşı, könüllü gəclərdən ibarət təşkil edilmiş monitorinq qrupunun müəyyən etdiyi ərazilərdə də həyata keçiriləcəkdir. Şəhərimizin təmizliyini qorumaq istiqamətində profilaktiki təmizlik işləri ilə yanaşı təmizlik aksiyalarının keçirilməsi şəhər ərazisinin təmiz, abad saxlanılmasına öz töhfəsini verir.







