Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Neftçala şəhəri ərazisində ağacəkmə aksiyası keçirildi

17 mart 2026 | 15:48

Şəhərsalma və Memarlıq ili çərçivəsində Neftçala şəhərində ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə şəhərin Hüseyn Cavid parkında, Heydər Əliyev prospekti, Samid İmanov, İmadəddin Nəsimi  küçələrində rayon ərazisində fəaliyyət göstərən idarə, təşkilat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirildi. Aksiya çərçivəsində yaşıllıq sahələrinin salınmasında, park və yol kənarı ərazilərdə yeni ağacların əkilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunmasına və sağlamlaşdırılmasına töhfə verməkdir. Aksiya çərçivəsində 200 ədəd sərv ağacı əkilmiş, aqrotexniki qulluq göstərilmişdir.

Şəhərsalma və Memarlıq ili çərçivəsində rayon ərazisində ağacəkmə aksiyası müntəzəm şəkildə davam etdiriləcəkdir. Ağacəkmə aksiyası, rayon ərazisində ətraf mühitin qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi daşıyır. Növbəti ağacəkmə aksiyasının Neftçala şəhərinin digər park və yol kənarı ərazilərində keçirilməsi planlaşdırılmış və il ərzində aksiyanın keçiriləcəyi ərazilər öncədən müəyyən edilmişdir.

 

Keçidlər