“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Neftçala rayonu ərazisində ağacəkmə aksiyası keçirildi
Şəhərsalma və Memarlıq ili çərçivəsində Neftçala rayonunda ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə rayonun Həsənabad qəsəbə ərazisində yolun kənarında yeni salınmış yaşıllıq sahəsində ictimaiyyət nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirildi. Aksiya çərçivəsində yaşıllıq sahələrinin salınmasında, park və yol kənarı ərazilərdə yeni ağacların əkilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunmasına və sağlamlaşdırılmasına töhfə verməkdir. Aksiya çərçivəsində 50 ədəd eldar şamı ağacı əkilmiş, aqrotexniki qulluq göstərilmişdir.
Şəhərsalma və Memarlıq ili çərçivəsində rayon ərazisində ağacəkmə aksiyası müntəzəm şəkildə davam etdiriləcəkdir. Ağacəkmə aksiyası rayon ərazisində ətraf mühitin qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi daşıyır. Növbəti ağacəkmə aksiyasının Neftçala rayonunun digər park və yol kənarı ərazilərində keçirilməsi planlaşdırılmış və il ərzində aksiyanın keçiriləcəyi ərazilər öncədən müəyyən edilmişdir







