Şriftin ölçüsü :

Saytın rəngi :

"Şahin" hərbi-idman oyununun Neftçala rayon birinciliyinin final mərhələsi keçirilib

24 aprel 2022 | 16:46
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Neftçala rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Neftçala rayon Təşkilatının, Neftçala rayon Təhsil şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin məsul şəxsləri, N saylı hərbi hissənin zabitləri, eləcə də "Şahin" hərbi-idman oyununun hakimlər heyəti və finala çıxan komandalar iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummili liderimiz Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Şahin” hərbi-idman oyunları 8-ci və 10-cu sinif şagirdləri arasında keçirilib. Əsas məqsəd ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik etməkdir.
Qeyd edək ki, "Şahin" hərbi-idman oyunu üzrə Neftçala rayon birincisi olan Samid İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbinin komandası 28 aprel 2022-ci il tarixdə Sabirabad rayonunda keçirilən regional zona birinciliyində rayonumuzu təmsil edəcək.
Qalib komandaları Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından təbrik edirik və növbəti - regional zona birinciliyində uğurlar arzulayırıq.
 
 
 
Keçidlər