Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman oyunu üzrə Neftçala rayon birinciliyi keçirilib

15 aprel 2026 | 18:08

Neftçala Rayon icra Hakimiyyətinin, Şirvan-Salyan Regional Təhsil İdarəsi Neftçala rayon təhsil sektorunun və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 15 aprel 2026-cı il tarixində rayonun tam orta məktəblərinin X-Xl sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunu üzrə Neftçala rayon birinciliyi keçirilib.

Ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə rəsmi olaraq açılışı elan edilən hərbi-idman oyununda Neftçala Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun, Şirvan-Salyan Regional Təhsil İdarəsi Neftçala rayon təhsil sektorunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Neftçala rayon şöbəsinin, Neftçala rayon Dövlət Yanğından Mühafizə hissəsinin, Dövlət Sərhəd Xidməti Sahil mühafizəsinin Neftçala nəzarəti şöbəsinin məsul şəxsləri iştirak edib.
Komandalar “Sıra hazırlığı”, "Maneələrin dəf olunması", "Mülki müdafiə hazırlığı", " Çadırın qurulması", "Fiziki hazırlıq", “İntellektual müsabiqə”, “Darağa patronun doldurulması və boşaldılması”, “Tüfəngdən hədəfə atəş açmaq” mərhələlərində öz bacarıqlarını nümayiş etdirib.
Şagirdlərin vətənpərvərlik, milli qürur və layəqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin edilməsi məqsədi daşıyan hərbi oyunda mübarizənin yekun nəticələrinə əsasən Samid İmanov adına Neftçala şəhər 1 nömrəli tam orta məktəb komandası I yer, Sakit Kərimov adına Qədimkənd kənd tam orta məktəbin komandası II yer,
Səməd Vurğun adına Bankə qəsəbə 2 nömrəli tam orta məktəb komandası isə III yerə layiq görülüblər.
Sonda qalib komandalar məsul şəxslər tərəfindən Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin təsis etdiyi müvafiq diplomlarla  təltif olunublar.
Qalib komandaya zona mərhələsindən finala vəsiqə qazanmağı arzu edirik.
Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə qərarına əsasən təsdiq edilən əsasnaməyə uyğun olaraq həyata keçirilir.

Keçidlər