Neftçala şəhərində sahibkarlarla maarifləndirici görüş keçirilib
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 5 saylı regional bölməsi tərəfindən Neftçala şəhərində tikinti mallarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla təşkil edilib.
Tədbirdə Agentliyin fəaliyyət istiqamətlərindən söz açılıb, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində qanunvericiliklə müəyyən olunmuş norma və qaydalara riayət olunmasının vacibliyi vurğulanıb. İstehlak bazarında nəzarət sahələri və aparılan nəzarət tədbirləri, eləcə də istehlakçı hüquqlarının qorunması ilə bağlı qanunvericiliyin tələbləri, bu sahədə nəzərdə tutulmuş məsuliyyət tədbirləri iştirakçıların diqqətinə çatdırılıb. Bundan əlavə, Agentlik tərəfindən müvafiq sahədə həyata keçirilən tənzimləmə tədbirlərinin səmərəliliyinin artırılması üzrə görülən işlər və hədəflər, o cümlədən gözləntilər barədə ətraflı məlumat verilib.
Sonda istehlakçı məmnuniyyətinin və hüquqlarının təmin olunmasının əhəmiyyəti bir daha qeyd olunub, sahibkarlara qanunvericiliyin tələblərinə riayət etmələri ilə bağlı tövsiyələr verilib.







