Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam həyat naminə narkotikə yox deyək” adlı növbəti maarifləndirici tədbir keçirilib

26 avqust 2022 | 11:59
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın 2022-ci il üçün tərtib edilmiş İş Planına uyğun olaraq 25 avqust 2022-ci il tarixində Rayonun Bankə qəsəbəsində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində “Sağlam həyat naminə narkotikə yox deyək” adlı növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Komissiyaya daxil olan idarə, müəssisə və təşkilatların, həmçinin müəllimlər, şagirdlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib. İlk öncə Azərbycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər bu gün ümumbəşəri bəla hesab edilən və haqlı olaraq “ağ ölüm” adlandırılan narkomanlıqla mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər, qəbul edilən Qanun və Dövlət Proqramları, həmçinin müxtəlif istiqamətlər üzrə narkomaniyaya qarşı mübarizə sahəsində Dövlət siyasətindən ətraflı bəhs ediblər.
Görüşdə iştirakçılar tərəfindən geniş fikir mübadiləsi aparılıb, həyata keçirilən təbliğat, maarifləndirmə işlərinin əhəmiyyəti xüsusi vurğulanaraq bu sahədə əldə edilən uğurlu nəticələr nümunə göstərilib. Tədbir iştirakçılarının ümumi qənaəti ondan ibarət olub ki, ayrı-ayrı dövlət strukturları, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri birgə mübarizə aparmaqla bu ümumbəşəri bəlanın yayılmasının və kütləvi hal almasının qarşısını almaq mümkündür.
Keçidlər