Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam gənclik sağlam gələcək deməkdir” adlı maarifləndirici tədbir keçirilib

22 aprel 2025 | 09:07
Neftçala rayonunda “Sağlam gənclik sağlam gələcək deməkdir” adlı maarifləndirici tədbir keçirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya tərəfindən “Konstitusiya və Suverenlik ili” çərçivəsində Xıllı qəsəbə 1 saylı tam orta ümumtəhsil məktəbində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində “Sağlam gənclik sağlam gələcək deməkdir” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, eləcə də Komissiyada təmsil olunan Dövlət qurumlarının məsul şəxsləri, həmçinin müəllimlər və şagirdlər iştirak edib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mövzu ətrafında çıxış edənlər bu gün yeniyetmə və gənclərin sağlam ruhda böyümələri istiqamətində Dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər, eyni zamanda narkomanlıqla mübarizə sahəsində qəbul edilən Qanun və Dövlət Proqramlarından geniş bəhs ediblər. Qeyd edək ki, bu qəbildən olan tədbirlərin xüsusilə məktəbliləri və gəncləri dəvət etməklə təşkil edilməsinin effektiv təsirli olduğunu nəzərə alaraq, Neftçala Rayon İcra Hakimiyyətinin atdığı addımlar Rayon ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılanır. Tədbir narkotiklərin, eləcə də digər zərərli vərdişlərin insan sağlamlığına vurduğu ziyanlar barədə geniş fikir mübadiləsi fonunda davam etmişdir.
Keçidlər