“Sağlam gələcək naminə narkotikə yox deyək” adlı növbəti maarifləndirici aksiya keçirilib
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın 2023-cü il üçün tərtib edilən İş Planına uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində, həmçinin gənclərin asudə vaxtlarını keçirdikləri yerlərdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində “Sağlam gələcək naminə narkotikə yox deyək” adlı növbəti maarifləndirici aksiya keçirilib.
Aksiyada Neftçala Rayon İcra Hakimiyyətinin, Komissiyaya daxil olan idarə, müəssisə və təşkilatların nümayəndələri və gənclər iştirak edib.
Aksiya çərçivəsində Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə keçirilən görüşdə narkomalıqla mübarizə sahəsində Dövlət siyasətindən, həyata keçirilən tədbirlərdən ətraflı bəhs edilib. İştirakçılar bəşəriyyətin bəlasına çevrilən “ağ ölüm”lə mübarizədə cəmiyyətin hər bir fərdinin mübarizə aparmalı olduğunu xüsusi vurğulayıblar.
Cəmiyyətin gələcəyi hesab edilən gənclərin yeniyetmələrin sağlam həyat tərzi sürmələri üçün idmana, bədən tərbiyəsinə xüsusi diqqət vermələri üçün bu sahədə maarifləndirmənin önəmi diqqətə çatdırılıb. Bu gün uşaq və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün lazımı şəraitin mövcud olduğu Neftçala rayonunda narkomanlıq, zərərli vərdişlərə qarşı aparılan işlər, həyata keçirilən tədbirlər öz nəticəsini verməkdədir. Yeniyetmə və gənclərimizin müxtəlif sahələr üzrə keçirilən olimpiadalarda, idman yarışlarında əldə etdikləri nəticələr, qazandıqları uğurlarının göstəricisidir.
Aksiya çərçivəsində yeniyetmə və gənclərə təqdim edilən maarifləndirici buklet və broşürlər böyük maraqla qarşılanıb, göstərilən xüsusi diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.