Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam gələcək naminə narkomaniyaya yox deyək” adlı növbəti maarifləndirici görüş keçirilib

18 dekabr 2023 | 11:14

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın 2023-cü il üçün tərtib edilmiş İş Planına uyğun olaraq Neftçala şəhər S.İmanov adına 1 saylı tam orta məktəbində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” adlı növbəti maarifləndirici görüş keçirilib.

Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin, Komissiyaya daxil olan idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, müəllimlər, şəhər 1 və 4 saylı tam orta məktəbin şagirdləri və könüllülər iştirak edib.

Görüşdə ilk öncə Azərbycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mövzu ətrafında çıxış edənlər “ağ ölüm” adlandırılan narkomanlıqla mübarizə sahəsində həyata keçirilən Dövlət siyasətindən, bu sahədə qəbul edilmiş Qanun və Dövlət Proqramlarından, o cümlədən problemin mənəvi-psixoloji tərəflərindən bəhs ediblər və narkomanlığın yaratdığı hüquqi məsuliyyət, insan sağlamlığına vurduğu sağalmaz yaralar barədə geniş məlumat verilib, narkotik asılılıqdan əziyyət çəkənlərin psixoloji problemləri, cəmiyyətdə onlara qarşı münasibət və digər məsələlər barədə görüş iştirakçılarını maraqlandıran suallar ətraflı müzakirələrlə davam edib.

Keçidlər