Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam cəmiyyət naminə zərərli vərdişlərdən uzaq duraq!” mövzusunda maarifləndirmə tədbir keçirildi

21 oktyabr 2025 | 16:10

Neftçala rayonunda “Sağlam cəmiyyət naminə zərərli vərdişlərdən uzaq duraq!” mövzusunda maarifləndirmə tədbir keçirildi.

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan Neftçala şəhər 2 saylı tam orta ümumtəhsil məktəbində “Konstitusiya və Suverenlik ili” çərçivəsində "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planının 3.3.7.2. və 3.3.7.3.-cü yarım bəndlərinin icrası və vətəndaşların sağlamlıq  hüquqlarının qorunmasının təbliği məqsədilə “Sağlam cəmiyyət naminə zərərli vərdişlərdən uzaq duraq!”  mövzusunda maarifləndirici tədbir  təşkil olunub.
Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə sağlam cəmiyyətin və insanların sağlam həyat tərzinin əhəmiyyətindən və onların mövcud sağlamlıq hüquqlarının qorunmasından bəhs edən Neftçala rayon İcra Hakimiyyəti  başçısı aparatının İctimai-siyasi  və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gövhər Məmmədova qeyd etdi ki, zərərli vərdişlər təkcə fərdin sağlamlığını deyil, ailə və cəmiyyətin rifahını da təhlükə altına alır. Bununla mübarizə yalnız inzibati nəzarət və ya tibbi məsələ deyil, həm də sosial məsuliyyət və mənəvi tərbiyə məsələsidir. Neftçala Rayon Polis Şöbəsinin Xidmət üzrə rəis müavini, polis polkovnik- leytenantı Arif Salmanov ölkəmizdə vətəndaşların sağlamlığının qoruması hüququnun əsas prinsipləri barədə geniş məlumat verdi. Eyni zamanda bildirdi ki, mövcud qanunvericiliyə əsasən yetkinlik yaşına çatmayanların tütün və alkoqol məhsulları alması və istifadə etməsi qadağandır. Polis orqanları bu sahədə nəzarəti gücləndirib, lakin əsas məqsəd onları cərimələmək deyil, gəncləri məsuliyyətli davranışa təşviq etməkdir. Mövzunun tibbi-sağlamlıq tərəfindən  bəhs edən Neftçala Rayon Mərkəzi Xəstəxanasının PHŞ-inin Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri, həkim- pediatr Aynur Cəfərova zərərli vərdişlərin insan orqanizminə mənfi təsirlərindən bəhs edərək qeyd etdi ki, siqaret və spirtli içkilər ürək-damar, tənəffüs və həzm sisteminə ciddi zərər vurur. Bu vərdişlər xüsusən yeniyetmə yaşda başlayan zaman orqanizmin inkişafını ləngidir, aslılıq yaradır.Biz bu halların qarşısını yalnız maarifləndirmə və erkən proflaktika yoli ilə ala bilərik.
Tədbirin məqsədi gənclər və ictimaiyyət arasında zərərli vərdişlərin fəsadları barədə məlumatlılığı artırmaq, insanların sağlamlığının qorunması hüququnu və sağlam həyat tərzini təbliğ etmək, erkən yaşlardan düzgün davranış və seçim vərdişləri formalaşdırılmasına töhfə verməkdir.
Tədbir çərçivəsində iştirakçılara məlumatlandırıcı broşürlər, kitabçalar və bukletlər paylanılıb, mövzuya dair sosial çarxlar nümaiş etdirilib. Sonda sağlam həyat tərzinin təbliği ilə bağlı müzakirələr aparılıb və gələcəkdə bu kimi tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.

Keçidlər