Şriftin ölçüsü :

Saytın rəngi :

“Şagirdlərin təhsildən yayınma hallarının səbəbləri” adlı maarifləndirici görüş keçirilib

14 avqust 2023 | 17:22

Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı ilə Aşağı Qaramanlı kənd ümumi  orta məktəbində  “Şagirdlərin təhsildən yayınma hallarının səbəbləri”  adlı maarifləndirmə görüşü keçirilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın, Rayon Polis Şöbəsinin, Aşağı Qaramanlı kənd İƏD üzrə nümayəndəliyin məsul şəxsləri, müəllimlər, şagirdlər, valideynlər və kənd sakinləri iştirak edib.
Çıxışçılar Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın hazırda cəmiyyəti narahat edən sosial problemlərlə əlaqədar həyata keçirdiyi tədbirlər, Respublikamızda təhsilin inkişafına göstərilən dövlət dəstəyi, təhsildə davamlılığın təhsil nailiyyətləri ilə sıx bağlı olmağı, təhsildən yayınmanın səbəbləri, aradan qaldırılması yolları və bu sahədə görülən işlər haqqında  geniş məlumat veriblər.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər