Şriftin ölçüsü :

Saytın rəngi :

“Şagirdlərin təhsildən yayınma hallarının səbəbləri” adlı görüş keçirilib

01 aprel 2024 | 16:13

Neftçala Rayonu İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən Neftçala rayon İ.Babayev adına Şirvanlı kənd tam orta məktəbdə “Şagirdlərin təhsildən yayınma hallarının səbəbləri” adlı görüş keçirilib.
Görüşdə Neftçala Rayoun İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul əməkdaşları, Neftçala Rayonu İcra Hakimiyyəti başçısının  Yenikənd İƏD üzrə nümayəndəsi, Yenikənd bələdiyyəsinin sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndəsi, müəllimlər, valideynlər və şagirdlər iştirak edib.
İlk öncə xalqımızın ümummilli lideri,Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunmuşdur ki, Neftçala rayonunda uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin monitorinqi və qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi məqsədi ilə mütəmadi görüşlər həyata keçirilir. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsinin, rayonun ümumtəhsil məktəblərində təhsildən yayınan şagirdlərin dərsə davamiyyətinin təmin olunmasının, onların təhsil keyfiyyətinin səmərəliliyinin artırılmasının, bu istiqamətdə ümumtəhsil məktəblərinin əməli fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanmışdır. Eyni zamanda qeyd olunmuşdur ki, uşaqların təhsildən yayınması əsasən miqrasiya ilə, ailənin sosial vəziyyəti və ailə büdcəsinin aşağı səviyyədə olması, valideynlər tərəfindən uşaqların məcburi əmək fəaliyyətinə sövq olunması, erkən yaşda nikaha məcbur edilməsi, bəzi uşaqların sağlamlıq imkanlarınının itirilməsi, məktəb mühitinin deqradasiyası, repetitorluq institutunun intişar tapması və s. faktorlarla bağlıdır.  Uşaqların təhsilə vaxtında cəlb olunmamasına və təhsildən yayınmaya görə müxtəlif inzibati cəzalar nəzərdə tutulur. Bu cəzalar həm inzibati, bəzi ölkələrdə isə hətta cinayət məcəlləsinin müvafiq maddələrinin pozuntusu kimi hesab edilir.
Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər