Şriftin ölçüsü :

Saytın rəngi :

Ruhəngiz Əşrəfqızının və Söylü Ayazqızının Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbində kitab təqdimatı keçirilib

24 may 2023 | 19:47
Neftçala rayonunda Ruhəngiz Əşrəfqızının və Söylü Ayazqızının Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbində kitab təqdimatı keçirilib.
Təqdimat mərasimində Neftçala RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının sədri, Azərbaycan yazıçısı və müəllimi, pedaqoji elmlər namizədi, Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov, dosent, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Allahverdi Eminov, şair-pedaqoq Nizami Oruc, şair-publisist Cəfər Cəfərli, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəşirov Vidadi, Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədri, yazıçı Nəbi İbrahimli, Azərbaycan Qarabağ müharibəsi Əlilləri Veteranları və Şəhid ailələrinin ictimai birliyinin Salyan rayon filialının sədri Arif Əsgərov, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Təqdimat mərasimində Ruhəngiz Əşrəfqızının və Söylü Ayazqızının həyat, fəaliyyətləri haqqında görüş iştirakçılarına məlumatlandırıblar və videoçarx nümayiş olunub.
Təqdimatda çıxış edən şairlər, pedaqoqlar, qonaqlar Ruhəngiz Əşrəfqızı və Söylü Ayazqızı haqqında öz xatirələrini bölüşüblər.
Təqdimatın sonunda Azərbaycan yazıçılar birliyinin Muğan bürosunun fəxri fərmanı Ruhəngiz Əşrəfqızına təqdim olunub.
Təqdimat musiqili proqramla davam edib.
Keçidlər