Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələri məlum olub

08 may 2025 | 10:09

Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 11 nəfər şagirdi Respublika Fənn Olimpiadalarının final mərhələsində müxtəlif fənlər üzrə medallar qazanıb. Həmin şagirdlərdən 1 nəfər qızıl, 2 nəfər gümüş, 8 nəfəri isə bürünc medal qazanıb.

  1. Ələkbərzadə Malik Emin oğlu -  Neftçala şəhər E.Həbibov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi, coğrafiya fənni üzrə qızıl medal; 
  2. Dünyamalıyeva Xədicə Səyyar qızı – Z.Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbin şagirdi, tarix fənni üzrə gümüş medal;
  3. Həsənova Nərmin Fuad qızı - Z.Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbin şagirdi, kimya fənni üzrə gümüş medal;
  4. Sadıqlı Zeynəb Vüqar qızı - Z.Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbin şagirdi, coğrafiya fənni üzrə bürünc medal;
  5. Quluzadə Nuray Nail qızı - Z.Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbin şagirdi, kimya fənni üzrə bürünc medal;
  6. Babayev İbrahim İsmayıl oğlu - Z.Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbin şagirdi, kimya fənni üzrə bürünc medal;
  7. Əmirli Cavid Elşən oğlu - Neftçala şəhər S.İmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi, coğrafiya fənni üzrə bürünc medal;
  8. Məmmədzadə Nurlana Nurlan qızı - Neftçala şəhər S.İmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi, Azərbaycan dili fənni üzrə bürünc medal;
  9. İmanlı Ramilə Rəhim qızı - Xıllı qəsəbə F.Quliyev 2 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi, tarix fənni üzrə bürünc medal;
  10. Əhmədzadə Tunar Aqşin oğlu - Aşağı Qaramanlı kənd ümumi orta ümumtəhsil məktəbin şagirdi, kimya fənni üzrə bürünc medal;
  11. Əlili Nüşabə Rafət qızı - Kürqarabucaq kənd ümumi orta ümumtəhsil məktəbin şagirdi, Azərbaycan dili fənni üzrə bürünc medal.

Respublika Fənn Olimpiadalarının final mərhələsində uğur qazanmış şagirdləri təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq.

Keçidlər