Şriftin ölçüsü :

Saytın rəngi :

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Neftçala rayonunda vətəndaşları qəbul edib

07 noyabr 2024 | 17:58

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev 7 noyabr tarixində Neftçala şəhərində Hacıqabul, Salyan, Biləsuvar, Neftçala rayonları və Şirvan şəhər sakinlərini qəbul edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan əzəmətli heykəli ziyarət olunub, önünə gül dəstələri düzülüb və ruhu ehtiramla yad olunub.

Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Keçidlər