Şriftin ölçüsü :

Saytın rəngi :

“Reproduktiv sağlamlıq və ailə dəyərləri” adlı dəyirmi masa ətrafında görüş keçirilib

31 may 2023 | 15:18

Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Gender əsaslı zorakılıq və və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamıyla təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq Xol Qaraqaşlı kənd Ailə Sağlamlıq Mərkəzində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda dəyirmi masa ətrafında görüş keçirilib.

İlk öncə xalqımızın Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin, Xol Qaraqaşlı İƏD üzrə nümayəndəliyin məsul şəxsləri, şəhid ailələri vəsəhiyyə əməkdaşları iştirak edib.
Görüş zamanı Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət ailə siyasətinin formalaşmasında rolu və yeri barədə,  Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərin qorunmasına göstərdikləri böyük diqqət və qayğı, ailənin vətəndaş cəmiyyətinin inkişafında rolu, ölkədə ailə institutunun möhkəmləndirilməsi üçün güclü qanunvericilik bazasının mövcudluğu, reproduktiv sağlamlıq, ailə planlaşdırılması, reproduktiv sağlamlığa təsir göstərən amillər, xəstəliklər və xarici  faktorlar-erkən nikah, zərərli vərdişlər, stress və travmalar haqqında məlumat verilib, iştirakçılar mövzu haqqında öz fikir və təkliflərini bildiriblər.
Görüş qarşılıqlı müzakirələrlə davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər