Şriftin ölçüsü :

Saytın rəngi :

“Rənglərin harmoniyası-rəsm yolu ilə psixoterapiya” layihəsi çərçivəsində görüş keçirilib

08 oktyabr 2024 | 10:03

Neftçala rayonunda Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respulikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Neftçala şəhər C.İsmayılov adına Uşaq İncəsənət Məktəbində  “Culture Network House” İctimai Birliyi tərəfindən “Rənglərin harmoniyası” layihəsi çərçivəsində görüş keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyəti aparatının aparıcı məsləhətçisi Esmira Məmmədzadə, “Culture Network House” İctimai Birliyinin sədri Aynur Süleymanzadə və layihənin işçi qrupu, şəhid ailə üzvləri, gənclər, məktəblilər iştirak edib.
Layihə çərçivəsində 2 qrupla terapiya təşkil olunub. Birinci qrupda şəhid ailələrinin üzvləri, gənclər, ikinci qrupda isə şəhid övladları, valideynlər və yeniyetmələr iştirak edib. İlk öncə iştirakçılara layihə rəhbəri və işçi qrup üzvləri  tərəfindən layihənin məqsədi barədə geniş məlumat verilərək bildirilib ki, “Cultural Network House” İB-nin  «Rənglərin Harmoniyası» adlı layihəsinin əsas məqsədi, sosial–psixoloji vəziyyəti gərgin olan şəhid ailələri, müharibə veteranları, az təminatlı ailələrdən olan ana və uşaqlarda art terapiya metodu vasitəsilə emosional vəziyyətin yaxşılaşdırılmasına və sabitləşdirilməsinə, stresin azaldılmasına, özgüvənin artırılmasına dəstək olmaqdır.

"Rənglərin Harmoniyası" Izoterapiya yolu ilə  layihənin xidməti uşaqlar və onların analarına təlimlər şəklində nəzərdə tutulur.
İzoterapiya- sənət terapiyasının ən populyar sahələrindən biridir. Onun mahiyyəti təsviri sənətdən pedaqoji və psixoterapevtik məqsədlər üçün istifadə etməkdir. Adətən rəsm şəklində həyata kecirilir
Layihə iştirakçılarının mənəvi-ruhi, psixoloji-emosional hallarında müsbət dəyişikliklər və irəliləyişlər proqnozlaşdırılır. Belə ki, təlimlərdə nəzəri biliklər öyrədilən iştitakçılara öyrəndiklərini real praktiki təcrübədən keçirmə şansı yaradılır. Bu, onların davranış, iş bacarıqlarına müsbət təsir göstərir. Art terapiyalar vasitəsilə xidmət, iştirakçılarda stresin azalması, özgüvənin yüksəldilməsi, sosial adaptasiya,bacarıqlarının formalaşdırılmasını və s. nəticələri özündə birləşdirir.
Qrup məşələləri zamanı ilk öncə qum terapiyası, daha sonra musiqi və rəsm terapiyası tətbiq olunub. İştirakçıların çəkdiyi rəsmlərin mütəxəssislər tərəfindən interpretasiyası çox maraqla qarşılanıb.

Keçidlər