Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik ili” və "İnsan hüquqları aylığı" çərçivəsində rayonun Astanlı kəndində maarifləndirici tədbir keçirilib

10 iyun 2025 | 16:17

10 iyun 2025-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin, Neftçala Rayon Polis Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala Rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” və "İnsan hüquqları aylığı" çərçivəsində Astanlı kənd tam orta ümumtəhsil məktəbində "Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda növbəti maarifləndirici tədbir  təşkil olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti  başçısının müavini- İctimai-siyasi  və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən, şöbə müdirinin müavini Vasif  Əliyev, Neftçala Rayon Polis Şöbəsi rəisinin Şəxsi heyətlə iş üzrə köməkçisi polis polkovnik-leytenantı Valeh Hətəmov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin rəis müavini mayor Razim Məmmədov, Rayon Ağsaqqallar Şurasının üzvü, təcrübəli hüquqşünas Alim Əliyev, Rayon Ağsaqqallar Şurasının üzvü, ehtiyatda olan hərbçi Mustafa Əliyev, ictimaiyyət nümayəndələri və təhsil alanlar iştirak edib.

İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər təşkil olunan tədbirin əhəmiyyətindən bəhs edərək, müstəqil Azərbaycanın Konstitusiyasının yaradılmasında Ümummilli lider Heydər Əliyevin rolunu, dövlətimizin əsas simvollarından olan Azərbaycan Respublikasının Konstitusiyasının, ölkəmizin Suverenliyinin, dövlətimizin Demokratik Prinsiplərinin və İnsan hüquq və azadlıqlarının, o cümlədən uşaq hüquqlarının təmin olunması həm bu günümüz, həm də gələcəyimiz ilə sıx bağlılıq təşkil etdiyini, Konstitusiya müddəalarının daha dərindən öyrənilməsi gənc nəslin inkişafı, həm də vətənimizin qorunması üçün əsas şərtlərdən biri olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və gələcək inkişafını şərtləndirən hüquqi islahatlar Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla icra edilir və hər bir vətəndaş Konstitusiya və qanunlara əməl etməli, ondan irəli gələn öhdəlikləri layiqincə yerinə yetirməli, demokratik prinsipləri qorumalı və insan haqlarının yerinə yetirilməsində fəal iştirak etməlidir. 

“Konstitusiya və Suverenlik ili” ilə əlaqədar rayonda həyata keçirilən tədbirlər barədə geniş məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Keçidlər