Neftçala rayonunda futbol idman növü üzrə rayon birinciliyinin açılış mərasimi olub
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “8 Noyabr - Zəfər Günü” ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri arasında futbol idman növü üzrə rayon birinciliyinin açılış mərasimi keçirilib.Tədbirdə Neftçala RİH-nın məsul işçisi Əliheydər Qarayev, Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov, adı çəkilən qurumların digər əməkdaşları və futbol komandaları iştirak edib.
İlk olaraq Ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rəsmilər ölkəmizdə və rayonumuzda idmana və idmançılara göstərilən diqqət və qayğıdan eyni zamanda keçirilən birinciliyin mahiyyəti, bizə zəfəri yaşadan qəhrəmanlarımızın vətən, torpaq sevgisindən bəhs edərək sonra bütün iştirakçılara uğurlar diləyiblər.
Daha sonra oyunlara start verilib.
Qeyd edək ki, futbol üzrə rayon birinciliyi mərhələlərlə 5 noyabr tarixinə qədər davam edəcək və sonra I, II, III yerə laqiq görülən komandalar müvafiq olaraq diplom və medallarla təltif olunacaq.