Şriftin ölçüsü :

Saytın rəngi :

“Rasional qidalanma və sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbir keçirilib

19 oktyabr 2026 | 17:38

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamının 10.12.4-cü bəndinin (Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması) icrası ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin dəstəyi ilə “Rasional qidalanma və sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, səhiyyə işçiləri, psixoloqlar iştirak ediblər.

Çıxışlar zamanı Dövlət Proqramının icrasının müstəsna əhəmiyyəti vurğulanaraq, əhali arasında rasional qidalanma vərdişlərinin formalaşdırılması və sağlam həyat tərzinin təşviq edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, doğru və balanslaşdırılmış qidalanma təkcə fərdlərin fiziki sağlamlığının təməli deyil, həm də bütövlükdə cəmiyyətin və gələcək nəsillərin genofondunun qorunmasında vacib amildir.

Tədbirdə qeyri-sağlam qidalanma və fiziki hərəkətsizlikdən yaranan risklər, müxtəlif xəstəliklərin profilaktikası və ailə daxilində düzgün qidalanma mədəniyyətinin aşılanmasının əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin zərərli vərdişlərdən çəkinmə və gündəlik rasionda təbii və keyfiyyətli qida məhsullarına üstünlük verilməsi ilə bağlı mütəxəssislər tərəfindən müvafiq tövsiyələr verilib. Qeyd olunub ki, əhali arasında bu cür maarifləndirmə tədbirlərinin genişləndirilməsi və səhiyyə müəssisələrində mütəmadi görüşlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Tədbir qarşılıqlı müzakirələr şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər