Şriftin ölçüsü :

Saytın rəngi :

“Qızların təhsildən yayınmasının səbəbləri və qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib

19 fevral 2026 | 09:35

Neftçala Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Neftçala şəhər S.İmanov adına 1 saylı tam orta ümumtəhsil məktəbində “Qızların təhsildən yayınmasının səbəbləri və qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun nümayəndəsi, hüquqşünas, psixoloqlar, valideynlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər qızların təhsil hüququnun təmin edilməsinin dövlət siyasətinin mühüm prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, onların keyfiyyətli təhsil almasının gələcək sosial rifahın, cəmiyyətə inteqrasiyanın və ölkənin dayanıqlı inkişafının əsas şərtlərindən sayıldığını bildiriblər. Qeyd olunub ki, məktəbdən yayınma riskinin erkən mərhələdə müəyyənləşdirilməsi, davamiyyətə nəzarətin gücləndirilməsi, valideynlərlə maarifləndirici işin genişləndirilməsi və aidiyyəti qurumlar arasında koordinasiyanın artırılması bu sahədə mühüm əhəmiyyət kəsb edir.

Tədbir qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər