Şriftin ölçüsü :

Saytın rəngi :

“Qəhrəmanlığa Yazılan Tarix” adlı rəsmi və bədii hissədən ibarət tədbir keçirilib

07 noyabr 2024 | 09:03

Neftçala Peşə Məktəbi publik hüququ şəxsi tərəfindən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Qəhrəmanlığa Yazılan Tarix” adlı rəsmi və bədii hissədən ibarət tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətini başçısı aparatının böyük məsləhətçisi Əliheydər Qarayev, Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, şəhid ailələri, Vətən Müharibəsi qaziləri, müharibə iştirakçıları, məktəbin müəllim və tələbə kollektivi, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir Azərbaycan Respublikası Dövlət bayrağının səhnəyə gətirilməsi ilə başlayıb.
İlk öncə xalqımızın ümummilli lideri,Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən məktəbin direktoru Tarıyel Yaqubov Zəfər Gününün xalqımızın tarixindəki əhəmiyyətini və önəmini vurğulayıb. Daha sonra tədbirdə Vətən Müharibəsi qəhrəmanı Camal İsmayılovun atası Vidadi İsmayılov, Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Vətən Müharibəsi qazisi baş leytenant Yusif Abdullayev, Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşı Əliheydər Qarayev, ictimaiyyət nümayəndə Gülqədəm Mirzəzadə və məktəbin hərbi hazırlıq müəllimi Ülvü Məhərrəmli çıxış edərək, Zəfər Gününün xalqımız üçün əhəmiyyətini və şəhidlərimizin misilsiz qəhrəmanlığını diqqətə çatdırıblar.
Tədbir rayonun mədəniyyət nümayəndələrinin və Neftçala Peşə Məktəbi publik hüququ şəxsinin tələbələrinin ifasında təqdim olunan bədii kompozisiyalarla davam edib.
Sonda, müxtəlif nominasiyalar üzrə qalib olan tələbələr fəxri fərman və təşəkkürnamələrlə təltif ediliblər.

Keçidlər