Şriftin ölçüsü :

Saytın rəngi :

"Qəhrəmanların izi ilə" adlı layihəsi üzrə yaradılan işçi qrupunun növbəti görüşü Cəngan, Yuxarı Qaramanlı və Tatarməhlə kəndlərində yaşayan şəhid ailələri ilə olub

09 mart 2023 | 14:53
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun tövsiyə və göstərişlərinə uyğun olaraq "Qəhrəmanların izi ilə" adlı layihəsi üzrə yaradılan işçi qrupunun növbəti görüşü Cəngan, Yuxarı Qaramanlı və Tatarməhlə kəndlərində yaşayan şəhid ailələri ilə olub.
Layihənin məqsədi şəhid ailələrinin sosial qayğıları ilə yaxından tanış olmaq, onların arzularını, təkliflərini dinləmək və qanunamüvafiq qaydada həlli yollarına köməklik göstərməkdir.
Layihənin icrası məqsədilə Rayon İcra Hakimiyyətində işçi qrup yaradılıb və bu işçi qrupuna Neftçala RİH-in məsul şəxsləri, yerli İƏDN-nin məsul şəxsləri, rayon ağsaqqalları, Gündoğar qəzetinin redaktoru və ictimaiyyət nümayəndələri iştirak edir.
Məlumat üçün bildiririk ki, ilk olaraq layihə 44 günlük Vətən müharibəsində şəhid olan ailələrin ziyarət olunması ilə başlayıb və Rayon ərazisində olan bütün şəhid ailələrini əhatə edəcəkdir.
Keçidlər