Neftçala rayonunda qanvermə aksiyası keçirilib
TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Neftçala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsində 04.03.2024-cü il tarixdə "Qan Ver, Yaşat” şüarı altında növbəti qanvermə aksiyası keçirilib.
Aksiya Neftçala Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşəbbüsü və “Neftçala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin təşkilatçılığı ilə baş tutub.
Aksiyada Neftçala rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların və eləcədə ictimaiyyətin nümayəndələri iştirak edib. Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən əvvəlcə sağlamlıq imkanları dəyərləndirilən donorlar müəyyən olunub. Toplanan qan ehtiyatı talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.