Şriftin ölçüsü :

Saytın rəngi :

Qadınların cəmiyyətdə rolu və yeri, onların məişət həyatının təşkilinə dair seminar təşkil olunub

27 avqust 2022 | 14:42
25 avqust 2022-ci il tarixində Yuxarı Qaramanlı kənd tam orta məktəbində Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında “Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyası”nın təşkilatçılığı ilə qadınların cəmiyyətdə rolu və yeri, onların məişət həyatının təşkilinə dair seminar təşkil olunub, həmçinin, kənd ictimayyəti ilə foks qrup söhbəti aparılıb.
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında “Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyası”nın katibi giriş sözü ilə tədbiri açaraq Azərbaycan qadının ictimai-siyasi proseslərdə həmişə fəal olduğunu, onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər yetişdiyini, Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolunun daha da artdığını və fəaliyyətlərinin genişləndiyini bildirib. Ümummili Lider Heydər Əliyevin qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət qulluğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə geniş təmsil olunmasına böyük əhəmiyyət verdiyini vurğulayıb.
Daha sonra Neftçala Qadın Resurs Mərkəzinin kordinatoru və işçi heyəti təqdimatla çıxış edərək mövzu ətrafında daha geniş məlumat verib.
Tədbirdə nümünəvi Azərbaycan qadını, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günü münasibətilə onun həyat və fəaliyyətindən bəhs edən video-çarx izlənilib
Tədbirdən sonra maraqlı və aktiv kənd qadınları ilə birlikdə onların arasında asudə vaxtın təşkilinə dair foks qrup görüşü keçirilərək öncədən tərtib olunmuş anket sorğuları doldurulub, motivasiya proqramının kənd qadınları arasında effektivliyi ölçülüb. Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq” Komissiyasının yerlərdə kənd qadınları ilə keçirdiyi görüşlər zamanı onların istək və arzuları, həyat tərzi və məşğuliyyətləri ilə, həmçinin övladlarının tərbiyəsində qarşılaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılır, ehtiyac meyarları müəyyənləşdirilir, problemlər və çətinliklər üzrə tövsiyyələr verilir. İşləyən və ya işləməyən, ev təsərrüfatı ilə güzaranını keçirən, öz həyatını ailəsinin gələcək firavanlığına həsr edən zəhmətkeş kənd qadınlarını narahat edən problemlərdən biri də onların asudə vaxtlarının təşkilinin səmərələşdirilməsidir. Bununla əlaqədar Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq” Komissiyasının dəstəyi və birbaşa təşəbbüsü ilə rayonun müxtəlif kəndlərində keçiriləcək görüşlərdən əldə olunan informasiyalardan yola çıxaraq Qadınların icmasının yaradılmasına köməklik göstərilməsi nəzərdə tutulub.
Keçidlər