Şriftin ölçüsü :

Saytın rəngi :

“Peşəkarlara olan ehtiyacı ödəməyin yolu, müasir infrastrukturu və təhsil proqramları olan peşə təhsil mərkəzləridir” mövzusunda ideoloji maarifləndirmə görüşü keçirilib

02 mart 2023 | 15:20
Neftçala rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Peşəkarlara olan ehtiyacı ödəməyin yolu, müasir infrastrukturu və təhsil proqramları olan peşə təhsil mərkəzləridir” mövzusunda növbəti ideoloji maarifləndirmə görüşü keçirilib.
Görüş Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala rayon Peşə məktəbində təhsil müəssisəsinin əmək kollektivi və tələbələri arasında keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, Neftçala rayon Peşə Məktəbinin direktoru Tarıyel Yaqubov, təhsil müəssisəsinin müəllim və tələbə kolektivi iştirak edib.
Görüşdə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev çıxış edərək bildirib ki, son illər məktəblilər və gənclər arasında peşə təhsilli müəssisələrə qəbul olunanların sayında artım müşahidə olunur və bunun səbəbi ölkə rəhbərliyinin bu sahəyə olan xüsusi qayğısı, peşə təhsili istiqamətində həyata keçirilən məqsədəmüvafiq islahatlar, peşə təmayüllü təhsil müəssisələrinin müasir standartlara cavab verən maddi texniki təminatla təmin olunmasıdır.
Görüşdə çıxış edənlər əməkbazarının tələblərinə uyğun zəruri bilik və vərdişlərə yiyələnən mütəxəssislərin hazırlanmasında dövlət və özəl ali təhsil müəssisələrinin həmçinin peşə təmayüllü təhsil müəssisələrinində əhəmiyyətinin böyük olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb və bu istiqamətdə aparılan uğurlu dövlət siyasətinə, eləcədə elm, təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısına görə Prezident cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Görüş iştirakçıları maraqlandırılan sualların cavablandırılması və müzakirələr aparılması ilə davam etdirilib.
Keçidlər