Şriftin ölçüsü :

Saytın rəngi :

Perinatal dövrdə cins seçiminin qarşısının alınması və gender bərabərliyi mövzusunda maarifləndirici tədbir keçirilib

27 aprel 2026 | 17:45

27 aprel 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun təşkilatçılığı və Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin dəstəyi ilə Xolqaraqaşlı Ailə Sağlamlıq Mərkəzində “Perinatal dövrdə cins seçiminin qarşısının alınması və gender bərabərliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, səhiyyə işçiləri, psixoloqlar və valideynlər iştirak ediblər.

Çıxışlar zamanı perinatal dövrdə cins seçiminin yaratdığı sosial-demoqrafik problemlər, gender balansının pozulmasının cəmiyyətə mənfi təsirləri və bu halların hüquqi məsuliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, cins seçimi ayrı-seçkiliyin bir forması olmaqla yanaşı, gələcəkdə ailə və cəmiyyət strukturuna ciddi təsir göstərir.

Bununla yanaşı, gender bərabərliyinin təmin olunmasının əhəmiyyəti vurğulanıb, qadın və kişilərin hüquq və imkanlarının bərabərliyinin cəmiyyətin davamlı inkişafında mühüm rol oynadığı qeyd edilib. Həmçinin gələcək valideynlərə sağlam ailədə yərləri, məsuliyyətli valideynlik və uşaqlara qarşı bərabər münasibətin formalaşdırılması ilə bağlı tövsiyələr verilib. Qeyd olunub ki, bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsi, səhiyyə müəssisələrində mütəmadi görüşlərin təşkili və ictimai nəzarətin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Tədbir qarşılıqlı müzakirələr şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər